Laçın-Xankəndi yolundakı aksiya 56 gündür davam edir
05.02.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Visiontv.az xəbər verir ki, aksiya gecəboyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 56-cı günündə də müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən ilin dekabrın 12-dən başlayıb.

Laçın-Xankəndi yolundakı aksiya 56 gündür davam edir - FOTO  - VİDEO

APA