Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
11.12.2024

Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinə Donald Trampın mesajlarını çatdırmayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Putinin Trampla telefon danışığının hazırlanmadığını, Amerika tərəfdən heç bir təşəbbüs olmadığını da söyləyib.

Qeyd edək ki, bu gün Putinlə Orban arasında telefon danışığı olub. Telefon danışığı Orbanın ABŞ-də Donald Trampla görüşündən sonra baş tutub.