Koronavirusa yoluxan hamilə qadın doğuşdan sonra ölüb
28.10.2021

Türkiyədə koronavirusa yoluxan hamilə qadın doğuşdan sonra ölüb.

Visiontv.az xəbər verir ki, 26 yaşlı Nafiye Epçin 33 həftəlik hamilə olarkən koronavirusa yoluxub. Tokat şəhərində müalicə alan hamilə qadının oktyabrın 17-də vəziyyəti ağırlaşıb və xəstəxanalardan birinə yerləşdirilib. İki gün sonra övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Bundan sonra vəziyyəti pisləşən 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 25-də, doğumdan 6 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, uşaq indi xəstəxanadadır və vəziyyəti qənaətbəxşdir.