Koronavirus gəncləşib, gəncləri öldürür – Adil Qeybulla
16.10.2021

Son həftələrdə xeyli gənc insanın koronavirusdan ağırlaşıb ölməsi barədə xəbərlər cəmiyyətdə və bizdə ciddi narahatlıq doğurur. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Koronavirus gəncləşib.

Bu sözləri ARB kanalında professor Adil Qeybulla deyib. O, 12 yaşdan yuxarı yeniyetmə və gənclərin vaksin olunmasının səbəbini açıqlayıb.

“Bütün bu narahaedici gedişat ÜST-ü məcbur etdi ki, vaksinasiya yaşını azaltsın və artıq 12 yaşdan yuxarı insanların peyvəndlənməsinə başlayıb.

Elə üçüncü dozanı zəruri edən səbəblər də budur.

Təkrar vaksinasiya indiki vəziyyətdə çox vacibdir.

İmmuniteti formada saxlamaq və stimulə etmək üçün iş görülməlidir”.

Visiontv.az