“Könüllü DOST” proqramına ötən 3 ildə 2243 şəxs cəlb olunub
05.07.2022

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il daha 534 şəxs cəlb olunub.

2019-cu ilin may ayında DOST Agentliyi, həmin vaxtdan Bakı şəhərində və Abşeron rayonunda 5 DOST mərkəzi yaradılmaqla, “Könüllü DOST” proqramına da başlanılıb.

Proqramın  “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

“Könüllü DOST” proqramına ötən 3 ildə 2243 şəxs cəlb olunub.

Visiontv.az