Köçəryanın ayaqyolu sevgisi
Köçəryanın ayaqyolu sevgisi
07.04.2021 Elçin Mirzəbəyli Tərəfindən

Siyasi şərhçi: “Ayaqyolu bəyanəsilə danışıqlardan qaçan Robert Köçəryan 44 günlük müharibə ərzində gününü ayaqyoluda keçirib” Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar, uşaq qatili Robert Köçəryanın Rusiyanın birinci kanalında yayımlanan “Pozner” verilişinə müsahibəsi ziddiyyətlərlə, bir-birini təkzib edən fikirlərlə zəngin olmaqla yanaşı, həm də jurnalist Vladimir Poznerin, müsahibənin sifarişini verən və yayımlanmasına dəstək verən dairələrin, peşə etikasına, Rusiyanın rəsmi mövqeyinə və beynəlxalq hüquq normalıarına zidd, qərəzli, riyakar mövqelərinin göstəricisi kimi dəyərləndirilməlidir.

Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, Robert Köçəryan müsahibəsində seçkiqabağı kampaniyasının tərkib hissəsi olaraq, “revanş haqqında məsələləri kənara qoymağa” çağırır və özünü “siyasi dialoq tərəfdarı” kimi təqdim etməyə çalışır: “Şübhəsiz ki, Robert Köçəryanı indiki mərhələdə təlimatlandıranlar onu müsahibəyə hazırlayanda Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsinin rəyinə uyğun danışmağı məsləhət görüblər. Müharibə cinayətkarından “sülh göyərçini” qondarmaq məqsədinin digər hədəfi isə müharibənin yenidən alovlanmasında maraqlı olmayan beynəlxalq təşkilatların və ölkələrin Robert Köçəryanın namizədliyinə loyal münasibətinin təmin edilməsi üçündür. Amma təbii ki, həm Ermənistanda, həm də dünyada Robert Köçəryanın Qarabağda separatizm hərəkatının alovlanmasında, Azərbaycanın mülki vətəndaşlarına qarşı soyqırım cinayətlərinin təşkil edilməsi və həyata keçirilməsində, Azərbaycan torpaqlarının işğal edilməsində əsas rollardan birini oynadığını bilirlər və həm də yaxşı başa düşürlər ki, Azərbaycanla sülh danışıqlarının nəticə verməməsi üçün ona verilən sifarişlərin icrasında bu cinayətkar hərbi xunta təmsilçisi öncül yerlərdən birini tutub. Bu gün danışıqlar prosesinin dalana dirənməsində əsas günahkar kimi baş nazir Paşinyanı göstərən Köçəryan, görünür başqalarının da yaddaşsız olduğunu, onun danışıqlar prosesinin sülhlə nəticələnməməsi, status-kvonun qorunub saxlanılması üçün ən iyrənc, utancverici hərəkətlərə əl atdığını unutduqlarını düşünür. Xatırladım ki, Robert Köçəryan 2006-cı fevralın 11-də Fransada, Rambuye qəsrində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən “ayaqyolu” bəhanəsilə qaçmışdı. Kim bilir, bəlkə elə 44 günlük Vətən Müharibəsi ərzində də Robert Köçəryan gününü ayaqyoluda keçirib. Çünki bu müddət ərzində gözə görünmürdü”.
Elçin Mirzəbəylinin qənaətinə görə, Rusiyanın birinci kanalından başlayan seçkiqabağı kampaniyasında “dialoqdan” dəm vuran Robert Köçəryanın yeganə hədəfi, yaxud onun qarşısına qoyulan əsas hədəf  10 noyabr 2020-ci il bəyanatının həyata keçirilməsinə, regionda dayanıqlı sülhün, sabitliyin təmin olunmasına mane olmaqdan ibarətdir: “Onu hakimiyyətə sürükləmək istəyənlərin də məqsədi budur. Çünki Robert Köçəryan kimi müharibə canisindən istənilən iyrənc oyunda istifadə etmək mümkündür.

Qeyd edim ki, müsahibənin efirə verilməməsi üçün Paşinyan komandasının Rusiyanın “Birinci kanal”ı ilə danışıqlarının səmərəsiz qalması, rəsmi və hakimiyyətyönlü medianın Moskvanın, həmçinin Vladimir Putinin rəsmi mövqeyin zidd təbliğat aparması anlamına gəlir ki, bu da Azərbaycanın ictimai rəyinə ciddi təsir göstərə bilər.

Köçəryanın Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi mümkün deyil və əgər buna cəhd olunarsa, bu Ermənistanı uzunmüddətli qarşıdurmaya və hətta vətəndaş müharibəsinə sürükləyə bilər. Azərbaycanın və müttəfiqlərinin müharibə canisi, Xocalı qatili ilə bu və ya digər şəkildə təmaslarının mümkünsüzlüyü haqqında, düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Köçəryanın Azərbaycan tərəfi ilə yalnız bir halda təması ola bilər – Azərbaycan Baş Prokurorluğunun müstəntiqləri ilə...
10 noyabr bəyanatının yerinə yetirilməməsi istiqamətində atılan istənilən addım Ermənistan üçün son deməkdir. Bu barədə Azərbaycan da, zəmanətçi dövlətlərin rəhbərləri də Ermənistana xəbərdarlıq ediblər”.

Elçin Mirzəbəyli

Visiontv.az