“Kızılelma” aviasiya tarixində ilklərə imza atdı
Videonu Aç
“Kızılelma” aviasiya tarixində ilklərə imza atdı
06.06.2023 MEDİA Tərəfindən

Baykar tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”, TEKNOFEST 2023-də insanlı döyüş təyyarələri ilə silah uçuşları həyata keçirərək aviasiya tarixində bir sıra ilklərə imza atdı.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, İstanbul səmasında “Kızılelma” ilə “Akıncı” eyni uçuşu dəfələrlə ictimaiyyət qarşısında həyata keçirib.

Atatürk Hava Limanında 27 aprel - 1 may 2023-cü il tarixləri arasında keçirilən TEKNOFEST-də bu mühüm uçuşla yanaşı digər ilklərə də imza atılıb. 

Dünya aviasiya tarixində yeni dövrün başlanğıcı kimi xarakterizə edilə bilən bu uçuş konseptləri gələcəyin hava döyüşlərinə də yol göstərəcək.

KIZILELMA, havacılık tarihinde ilkleri başardı

İlahə Əliyeva