KİV: Tramp Venesuelaya zərbə endirməyi düşünür
06.09.2025

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə zərbələr endirməyi düşünür.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu haqda CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Prezident Donald Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün müxtəlif variantları, o cümlədən lider Nikolas Maduronu zəiflətmək üçün daha geniş strategiyanın bir hissəsi kimi ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir”, - deyə telekanal bildirib.

Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd edir. Lakin gələcəkdə Venesuela ərazisinə Maduronu vəzifəsindən getməyə məcbur etmək məqsədi ilə zərbələr endirilməsi ehtimalı istisna edilmir.