Kişinin xəyanətinin səbəbkarı qadındır! - Fərda Xudaverdiyev
22.09.2021

Aktyor Fərda Xudaverdiyev şəxsi həyatından danışıb.

Visiontv.az xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan aktyor, bir zamanlar ilk ailə həyatında yaşadığı problemlərdən danışıb. O, övladları Amin, Mətin üçün susmağa davam edəcəyini bildirib:

"Ailə həyatım çox danışıldı, susdum. Yenə də susuram. Çünki bunları mən oğlanlarım Amin, Mətinlə danışacam. Heç onların fikrini də öyrənməyəcəm. Görürsən, ata düzdü? Kişini ailədən, sevgisizlik, qayğısızlıq, susqunluq bezdirə bilər. Ondan pis şey yoxdur. Oturub, danışın, susmayın. Ailələrinizi qoruyun.

Bu incə cizgini qorumaq, qadına düşür. Ərə getmək, fotosessiya edib, bəzənmək, gül atmaq deyil. 2 gün sonra "anan mənə bunu dedi..." söhbətləri başlayır.

Mən ailəmi dağıdan idimsə, 7 il niyə ailəli qalırdım? Allah mənə yenə 2 oğul payı verdi, bunlar mənim taleyim idi. Kişi xəyanət etməməli, amma etməyinin də səbəbkarı qadındır. Kişi sevgisizlikdən o addımı atır. Bu gün tam olaraq xoşbəxtəm!"

Xatırladaq ki, aktyor birinci həyat yoldaşından ayrılaraq ikinci dəfə evlənib. Fərda Xudaverdiyevin ilk ailə həyatından Amin və Mətin adlı iki oğlu, ikinci evliliyindən Raul və Rinat adlı iki övladı var.