Kənardan belə bir təəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır - Alqış Musayev
Kənardan belə bir təəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır - Alqış Musayev
07.04.2021 Alqış Musayev Tərəfindən

Kənardan belə bir təəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır, tələsmək lazımdır və sair. Gerçəklik isə başqadır. Azərbaycan Prezidenti respublikanın ən məlumatlı şəxsidir.

Bir dəfə mən müsahibələrimin birində demişdim ki, İlham Əliyevin bir dövlət adamı olaraq ən əlahiddə keyfiyyəti onun təmkinidir. Əlbəttə ki, bu təmkin məişət səviyyəsində olan adi səbr deyil. İlham Əliyevin təmkini strateji xarakter daşıyır. Hansı ki, bizə hava və su kimi gərəkdir.

Strateji təmkin odur ki, sən ölkənin daxilində və ətrafında gedən prosesləri zərgər dəqiqliyi ilə təhlil edib uzlaşdıra bilir, əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməyi bacarırsan. Strateji təmkin bəzən günlərlə, aylarla deyil, illərlə, on illərlə gözləməyi tələb edir.

Visiontv.az