Kəlbəcərdə yük maşını dərəyə aşıb, sürücü ölüb
14.11.2022

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən xəbərə görə, noyabrın 14-də saat 2 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.