Kəlbəcərdə şəhid olan gizirimiz dəfn edildi
24.07.2021

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu dəfn edilib.

Visiontv.az xəbər verir ki, şəhidin dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid Beyləqanın Qəhrəmanlı qəsəbə məzarlığında torpağa tapşırılıb.

APA