Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalist Sirac Abışov dəfn edilib
05.06.2021

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

Visiontv.az-ın xəbərinə görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.

undefined

undefined

undefined

undefined