Kazan teatrında "İblis": Maraqlı at gedişləri baş verir deyəsən bizim coğrafiyada
Kazan teatrında "İblis": Maraqlı at gedişləri baş verir deyəsən bizim coğrafiyada
29.11.2022 MEDİA Tərəfindən

"Rusiya Tarantinosu" adlanan yakut əsilli Sergey Potapov, Kazan teatrlarının birində Hüsen Cavidin "İblis" pyesini səhnələşdirib.

Qəribə, bəlkə də tam məntiqi mənzərə açılır gözlərimiz qarşısında-rejissor Yakut türküdür, əsər Azərbaycan türkünün qələmindən süzülüb. Teatr binası, səhnəsi isə Turanın ürəyi Tatarstandı.

Tamaşa görəsən Azərbaycana qastrol səfərinə gələcəkmi?

Teatr Bakıya hələ gəlməsə də, Tatarstan başçısı Rüstəm Minnixanov artıq Bakıdadır.

Maraqlı at gedişləri baş verir deyəsən bizim coğrafiyada.

Bakı, deysən siyasət nərdtaxtasına Qazan zərini atər.

Detal: Vaxtiylə Güney Ural dağları coğrafiyasında xüsusi memarlıq ölçüləri, şəhərsalma qaydaları ilə inşa edilmiş "dairəvi şəhərlər" vardı.

Arxeoloqların qazdığı belə dairəvi şəhərlərdən biri, məşhur Arkaim şəhərinin xarabalıqlarıdır.

Memarlığın, şəhərsalma modellərinin ana nüvəsi sayılan Arkaim şəhəri kimi dairəvi şəhərlər bu çoğrafiyada çoxdu.

Belələrindən biri də indiki Tatarstan paytaxtı Kazan şəhəridir.

Xatırladıram, türkcə "Kazan" həm də dairə mənasını verir.

Görünür Kazan şəhərinin adında, quruluşunda bu qədim şəhərsalma modeli əsas sayılıb.

Bax budu Qazan şəhərinin ana sirri.

Bu modeli öyrənib, şəhərsalma elmində böyük silkələnmələrə, yeniliklərə imza atmaq mümkündü.

Gəlin Bakıya gəlmiş Rüstəm Minnaxanovun qulağına pıçıldayaq bunu.

Həmid Herisçi

visiontv.az