Karantin tədbirləri bu halda sərtləşdirilə bilər
Videonu Aç
11.01.2022

"Əgər "Omikron" ştamı intensiv yayılmaqda davam edərsə, yoluxma sayı sürətlə artarsa, ölənlərin sayı kəskin çoxalarsa karanin tədbirləri sərtləşdirilə bilər".

Visiontv.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan pediatr Günay Rəsulova bildirib.

Onun sözlərinə görə, bu məsələdə yolxuma sayından çox insanların xəstəliyi necə keçirməsidir: "Yəni ağırlaşma nə qədərdir? Reanimasiyaya yerləşdirilənlər, ölənlərin sayı nə qədərdir? Karantin tədbirlərinin sərtləşdirilməsinə əsas bu nüanslar təsir göstərir".

BAKU.WS