Kann Film Festivalının “Ən yaxşıları” bəlli oldu
19.07.2021

Bu il 74-cü dəfə Kann Film Festivalı keçirilib.

Visiontv.az xəbər verir ki, iyulun 6-da start götürən Avropanın ən prestijli mərasiminin qalibləri müəyyən edilərək, müxtəlif nominasiyalarda mükafatlandırılıblar.

“Qızıl Palma” (Palme d’Or ) mükafatına fransalı rejissor Culya Dyukornonun “Titane” filmi layiq görüldü. Bununla da o “Qızıl Palma” nı əldə edən ikinci qadın kimi tarixə düşüb.

Festivalın “Qran-pri” mükafatına isə " A Hero " filmi iranlı rejissor Əsgər Fərhadi layiq görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında amerikalı Kaleb Londri Cons, “ən yaxşı aktrisa” nominasiyasında norveçli Renata Reyves, “ən yaxşı rejissor” nominasiyasında isə fransalı Leos Karaks qalib gəliblər.

Məşhurlar bahalı və qeyri-adi geyimləri ilə gecəyə damğa vurdular. Qırmızı xalıda əsl ulduz yarışı olub. Qonaqlar arasında Şeron Ston, Rozamund Payk, Nikolas Bedos kimi tanınmışlar yer alıblar. Onlar qırmızı xalıda müxtəlif pozlar verərək moda nümayiş etdiriblər.

BAKU.WS