İzmir mərkəzli FETO əməliyyatında 19 şübhəli saxlanılıb
İzmir mərkəzli FETO əməliyyatında 19 şübhəli saxlanılıb
06.06.2023 MEDİA Tərəfindən

Türkiyənin İzmir vilayətinin 9 əyalətində FETO-nun hərbi və mülki strukturlaşmasına qarşı keçirilən əməliyyatda 19 şübhəli saxlanılıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məlumatların müqayisəsi nəticəsində adı çəkilən terror təşkilatı üzvləri ilə taksofon, fakturalı və ya sabit xətt vasitəsilə əlaqə saxladıqları müəyyən edilən, təşkilatın üzvü olduqlarına dair başqa sübutların da olduğu 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. 

Şübhəlilərdən 3-nün həqiqi hərbi xidmət, 2-nin keçmiş hərbçi, 17-nin dövlət çevrilişinə cəhddən sonra işdən çıxarılan hərbi məktəb tələbəsi, birinin isə hələ də xidmətdə olan polis əməkdaşı olduğu bildirilib.

Hələ də tutulmayan 4 şübhəlidən 3-nün xaricdə olduğu bildirilir.  

İlahə Əliyeva