İsrail HAMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilən üç israilli girovun müqabilində azad edilib.