İslahat həm də risk, özü də kifayət qədər risk daşıyan bir prosesdir - Alqış Musayev
İslahat həm də risk, özü də kifayət qədər risk daşıyan bir prosesdir - Alqış Musayev
01.03.2021 Alqış Musayev Tərəfindən

Kimlərinsə yola salınması, yolların ayrılması, qocaların gənclərlə əvəzlənməsi o qədər də sadə bir iş deyil. Ümumiyyətlə, islahat həm də risk, özü də kifayət qədər risk daşıyan bir prosesdir.

Mənim qənaətim mübahisəli görünsə də, deyim ki, biz xaraktersiz cəmiyyətik, daha doğrusu, cəmiyyətimizin xarakteri hələ tam formalaşmayıb.

Düzdür, bəzi əlamətlər var, amma bu əlamətlər kövrək cizgilərdən ibarətdir. Ona görə də bütün münasibətlərdə ehtiyatlı davranmaq tələb olunur.

Nəzərə alaq ki, dövlətin, hakimiyyətin uzun illərdir formalşmış ənənəvi dayaqları var.

Onların yenilərlə əvəzlənməsi fəsadlarsız ötüşmür.

Bu yerdə bir əsas nöqtəyə diqqət yönəltmək istərdim. Təbii olaraq, bu gün idarəçiliyə yeni simalar, yeni adlar gətirilir və qeyd-şərtsiz gətirilməlidir. Və bəzən həmin yeni adları, yeni simalrı əksəriyyət tanımır. Bu, həm də o deməkdir ki, onlar da əksəriyyəti tanımırlar.

Nəticədə idarə edənlərlə idarə olunanlar arasında bir uyumsuzluq, psixoloji diskomfort yaranır. Bu, islahtların qanunauyğun və obyektiv bir təzahürüdür.

Amma bu, dövlətçiliklə bağlı bir məsələ olduğu üçün elə tənzimlənməlidir ki, diskomfort özgələşməyə, yadlaşmaya və nəhayət, təhlükə doğuracaq həddə çatmasın. Yəni belə risklər var.

Visiontv.az