İş adamlarını idmana cəlb etmək üçün müəyyən işlər görülür
13.05.2022

"Ölkə futbolunun səviyyəsinin nə zaman yüksələcəyini bilmirəm".

Bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, burada bir çox amillər var: "Komandalar yaranmalı, püxtələşməlidir. Dövlət hər şeyi yavaş-yavaş edir. Gənclərə deyirəm ki, hər şeyi dövlətdən gözləməyin. Regionlarda da aktiv, imkanlı insanlar var. Özümüz nəyisə edə biliriksə, niyə hər şeyi dövlətdən gözləyək".

F.Qayıbovun sözlərinə görə, dövlət bütün komandaları saxlaya bilməz: "Bunun üçün maliyyə lazımdır. İş adamlarını idmana cəlb etmək üçün müəyyən işlər görülür. Məsələn, reallığa uyğun olaraq, onlara vergi məsələlərində güzəşt etmək olar. İqtisadiyyatımız da buna hazır olmalıdır. Bizdə hansısa idman növü inkişaf etməyibsə, oraya ən yaxşı məşqçini dəvət edirik. Bu idman növü inkişaf etməyibsə, həmin mütəxəssis gəlib kiminlə işləyəcək? Əvvəlcə uşaqları yetişdirməli, müəyyən işlər görülməlidir. Hər şeyi planlı şəkildə etmək lazımdır".

Visiontv.az