İraq hökuməti oğurlanmış tarixi eksponatlardan 17 minini ABŞ-dan geri gətizdirib
30.07.2021

ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsindən sonra oğurlanmış tarixi eksponatlardan 17 mini son günlərdə ABŞ-dan İraqa geri gətirilib. Bu barədə İraqın Mədəniyyət naziri Həsən Nazim açıqlama verib.

İraqın baş naziri Mustafa əl-Kaziminin ABŞ səfərindən dönməsi fonunda açıqlama verən nazir bildirib ki, bu səfər çərçivəsində ölkənin oğurlanmış tarixi eksponatlarından 17 mini də geri gətirilib.

“Tarixi eksponatlar öz beşiyinə qayıtdılar. Bu, ölkənin Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Vaşinqtondakı Səfirliyinin səyləri nəticəsində baş tutub. İraq dövləti vətəndən oğurlanmış tarixi eksponatların geri gətirilməsi üçün addımlarını davam etdirəcək”, deyə iraqlı nazir geri qaytarılan tarixi eksponatların ayrıca sərgidə sərgilənəcəyini bildirib.

SalamNews