İranlı nazir: “Fars körfəzinin suyunun Tehrana ötürülməsi iqtisadi cəhətdən sərfəli deyil”
17.11.2025

İranın energetika naziri Abbas Əliabadi bildirib ki, Fars körfəzindən duzsuzlaşdırılmış suyun Tehrana ötürülməsi yalnız fövqəladə vəziyyətlərdə nəzərdən keçirilə bilər.

Onun sözlərinə görə, uzun məsafə və yüksək təmizləmə xərcləri layihəni adi şəraitdə iqtisadi baxımdan mümkünsüz edir.

Nazir əlavə edib ki, Çabahar, Bəndər-Abbas və Xuzistanda böyük duzsuzlaşdırma zavodlarının tikintisi planlaşdırılır və bu layihələr cənub bölgələrində su təchizatını yaxşılaşdırmaqla yanaşı, özəl investisiyalar üçün imkan yaradır.

Cənub bölgələrinin tələbatı azaldığı halda, müəyyən su resurslarının Tehrana və şimala yönləndirilməsi də nəzərdən keçirilə bilər, lakin bunun üçün əlavə təhlil tələb olunur.

visiontv.az