İranın Buşehr əyalətinin cənubunda yerləşən Qanava limanında 5 ticarət gəmisi yanıb. Visiontv.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.
Belə ki, yanan beş gəminin dördündə ticarət malları olub. Digəri isə boş olub. Hadisənin səbəbləri araşdırılır.