Peyk müşahidələri İranın cənub-şərqində yerləşən və təxminən 700 min ildir fəaliyyətsiz hesab olunan Təftan vulkanında hərəkətlilik aşkarlayıb.
Məlumata görə, 2023-cü ilin iyulundan 2024-cü ilin may ayınadək vulkan ətrafında yer səthinin təxminən 9 sm qalxdığı müşahidə edilib. Mütəxəssislər bunu vulkanın zirvəsi altında təzyiqin artması ilə əlaqələndirirlər.
Alimlər bildirirlər ki, hazırda əsas risk isti yeraltı mayelərin buxarlanması nəticəsində baş verə biləcək partlayışlardır. Bu cür partlayışların, o cümlədən vulkandan 50 km məsafədə yerləşən Xaş şəhəri də daxil olmaqla, yaxın ərazilərə təsir göstərə biləcəyi vurğulanır.
visiontv.az