İranda edam edilən məhkumların son sayı açqlandı
18.07.2024

2024-cü ilin ilk 6 ayı ərzində İran həbsxanalarında ümumilikdə 283 məhkum edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bu rəqəm kimliyi müəyyən edilən edam edilən məhkumların sayıdır və edam edilənlərin hamısını ehtiva etmir.

Qeyd edək ki, bir neçə gün əvvəl yayılan hesabatda bu rəqəm 249 nəfər göstərilib, bir həftə ərzində daha 34 edam edilənin kimliyini müəyyən etmək mümkün olub.

visiontv.az