İran səfiri yenidən prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb
16.09.2021

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Visiontv.az xəbər veri ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

“Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik”, – səfir yazıb.