Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O, İran nüvə siyasətinin sülhsevər məqsədlərə dayandığını iddia edib və öz nüvə siyasətindən imtina etməyəcəyini bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Qüdsdə Amerika dövlət katibi Marko Rubio ilə görüşdən sonra bildirib ki, İsrail və Amerika İranın nüvə ambisiyalarını və onun Ön Asiyadakı təsirini əngəlləməkdə qərarlıdır.
“Hər bir terror qruplaşmasının, hər zorakılıq aktının, sabitliyi pozan hər bir fəaliyyətin arxasında, bölgədə milyonlarla insan üçün sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır.” - deyə Marko Rubio həmin görüşdə bildirib.
visiontv.az