İran millət vəkili: “Pezeşkian böyük səhv etdi”
17.11.2025

Qum şəhərinin İran parlamentindəki nümayəndəsi Qasem Rəvanbəxş ölkə prezidenti Məsud Pezeşkianın Xameneyinin 12 günlük müharibə zamanı hədəf alınması ehtimalı ilə bağlı narahatlığını “böyük səhv” adlandırıb. O bildirib ki, xalqı ruhlandırmaq əvəzinə belə açıqlamalar düşməni sevindirir:

“Onlar deyir ki, lideri ölsə, bir-birimizi parçalayacağıq. Bu, çox yanlış mövqedir”.

Deputat əlavə edib ki, “İnqilab bir şəxsdən asılı deyil və Xomeyninin vəfatından sonra daha güclü şəkildə davam edib”.

Pezeşkian isə ötən günlərdə parlamentin plenar iclasında demişdi ki, 12 günlük müharibə zamanı heç nədən qorxmasa da, “ali rəhbərin başına nəsə gələcəyi” ehtimalı onu narahat edib və bunun ölkədə daxili qarşıdurmaya səbəb ola biləcəyini bildirib.

visiontv.az