İran Ermənistana tək siyasi dəstək vermir, həm də İrəvanın silahlanmasında yer almağı planlayıb
İran Ermənistana tək siyasi dəstək vermir, həm də İrəvanın silahlanmasında yer almağı planlayıb
18.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

İranın Rusiya və Ermənistanla birgə PUA-ların təlimini təşkil etməsi əsasən, bu ölkələrin ordularını pilotsuz uçuş aparatları ilə təmin etməkdən ibarətdir. İranın Rusiyaya PUA verdiyi sirr deyil və Qərblə Rusiya arasında davam edən siyasi-hərbi konfontrasiyada Tehran bitərəfliyini qorumayaraq Moskvanın işğal siyasətinin yanında yer alır.

Bu hərbi dəstək Tehrana baha başa gələ bilər. Vaşinqton Rusiyanı Ukrayanada məğlub etdikdən sonra, İranı da Talibanın əli ilə münaqişəyə sürükləyə bilər.

Tehran məhz Rusiyanın məğlub olmaması üçün əlindən gələn hərbi dəstəyi edəcək. Təbii ki, bura Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən PUA-ın verilməsidir. Hətta İran hərbi mütəxəssislərin ruslara təlim vermək üçün Ukrayanada olduğunu istisna etmək olmaz.

İran təkcə Qərbə qarşı Rusiyanı dəstəkləməklə deyil, digər cəbhədə də yer alır. Bu, Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı olmaq üçün Ermənistanı dəstəkləməkdir. Tehran ikinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan tandeminə qarşı mövqe ortaya qoyur. Məhz Tehran regionda sülhün əleyhinə olmaqla Ermənistanı siyasi olaraq tam dəstəkləyir. Bundan sonra da onun silahlanmasında yer almağı planlayıb. İranda keçirilən PUA təlimində Ermənistan hərbçilərinin də yer alması bunu deməyə əsas verir.

Tehran Ermənistanı PUA-larla təchiz edəcəksə, Cənubi Qafqazda özünə qarşı yeni cəbhə aça bilər. Yeni cəbhənin açılması isə, Tehranın bütün cəbhələrdə məğlub olmasını şərtləndirəcək. Bu gün prezident İlham Əliyevin İranla bağlı siyasətində dost və qarşılıqlı etimada əsaslanan siyasət durur. Amma, İran bu siyasəti tərs qəbul edərək Azərbaycana qarşı hibrid müharibə aparır. Qeyd edim ki, İranda mühafizəkarlarin nümayəndəsi İbrahim Rəisi prezident seçiləndə yeni rejimin Azərbaycanla münasibətlərində problemlər axtaracağını yazmışdım.

Məhəmməd Əsədullazadə politoloq

visiontv.az