118 dairənin 77 dairəsi üzrə 337 bələdiyyədə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov açıqlayıb.
O bildirib ki, bu rəqəmin artacağı da istisna edilmir.