İnanılmaz olay: azad edilmiş ərazidə aylarla gizləndi
14.03.2023

Ukraynanın Rusiyadan geri aldığı Xarkov vilayətinin Kupyansk şəhərində polis patrul xidməti bir rus hərbçisini saxlayıb.

Visiontv.az xəbər verir ki, hərbçi 6 aydır tərk edilmiş binalarda gizlənib və Ukrayna əsgərlərinin diqqətindən yayınmağı bacarıb.

Həmin şəxsin Rusiyanın 27-ci Əlahiddə Briqadasının motoatıcı alayının hərbçisi və Moskva sakini olduğu müəyyən edilib.

Polislər onu tapanda mülki geyimdə olub.

Bildirilir ki, həmin şəxs ətraflı araşdırma üçün bölməyə aparılıb.

 

Mənbə Globalinfo