İmtahan prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur
25.01.2022

Gələcəkdə imtahan prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Yüksək tədrisi təşviq edən bir imtahan prosesinin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Texniki Universitetdə qış imtahan sessiyasını izləmək üçün keçirilən mediaturda rektor Vilayət Vəliyev məlumat verib.

“İmtahanlar tam sərbəst keçirilir. Tələbələrin imtahan proqramlarını mənimsəmə səviyyəsi orta hesabla 96 faizə yaxındır. Bu semestr tələbələrin yüksək nəticələr göstərəcəklərinə inanırıq”, - deyə rektor bildirib.

Visiontv.az