İlham Əliyev liderlik keyfiyyətini Avropa fondlarında 2-3 aylıq seminarlarda öyrənməyib
İlham Əliyev liderlik keyfiyyətini Avropa fondlarında 2-3 aylıq seminarlarda öyrənməyib
10.10.2021 Şöhrət El-Dəniz Tərəfindən

Tarixin təzadlı, qarışıq, təhlükəli məqamlarında millətin rəhbəri, dövlətin başcısı olmaq kimi çətin bir missiyanın öz üzərinə götürən şəxsiyyətlər qalibiyyətin açarını özündə daşımağa qadir olublar. Və bu gün özünü əsil siyasi lider, dövlət başcısı sayan şəxs tarixdə millətin, dövlətin rəhbər kimi qalibiyyət qazanmışların təcrübəsindən yararlanıb xalqını arxasınca apara bilirsə, çətin və təhlükəli dönəmdən üzü ağ çıxarda bilirsə, deməli tutduğu posta layiqlidir. Azərbaycanda son 30 ildə rəhbərlikdə olan dövlət başcılarından millətin, dövlətin çətin dönəmində xalqa müraciət edərək milyonlarla insanı öz arxasınca apararaq liderə, rəhbərə çevrilən şəxslər çox azdır. Müstəqilliyimizin ilk illərindən ölkəyə rəhbərlik edən insanlar təbii ki, çətin dönəmlərdə Azərbaycan xalqına dəfələrlə müraciətlər ediblər. Amma azərbaycanlılar bu müraciətlərin arxasınca gedib onları liderə, rəhbərə çevirib, qalibiyyətlərini təmin etdilərmi. Bir mənalı olaraq yox. Müstəqillik tariximizdə bu şərəfə iki şəxs nail olub.

Heydər Əliyev və İlham Əliyev

Millətin müqəddaratı sual altında olan məqamlarda Əliyevlər ailəsinin qabağa düşərək özlərini ön cərgədə görməsi birinci dəfə deyil. Ulu öndər Heydər Əliyev də millətin çətin dönəmində, 1-ci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında kömək əlini bu millətdən əsirgəmədi. Tarixin təkrar olunduğu Vətən müharibəsi dönəmində isə Prezident İlham Əliyev də öz atası kimi millətin önündə gedərək dövlətimizin var olması üçün savaşa atıldığını bəlağətsiz söyləmək olar. Bu savaşda qalibiyyətin bizdə olacağına isə millət olaraq tam əmin idik. Və bu əminlik ermənilərin kaputilasiya sənədinə qol çəkməsi ilə yekunlaşdı. Bəli Azərbaycanın ən çətin dönəmlərində yalnız Heydər Əliyev və İlham Əliyevin müraciəti bütün milləti ayağa qaldırıb arxasınca getməyə vadar edə bildi. Və hər iki şəxs məhz millətdən aldıqları güclə qalibiyyət qazanaraq liderlik, rəhbər olmaq mərtəbəsinə qalxdılar.

Kritik dönəmin kadrları

İlham Əliiyevin siyasi uzaqgörənliyi onun 2 il əvvəl başladığı kadr islahatları ilə dəyərləndirilməlidir. Koronavirus Pandemiyası və ardınca ermənilərlə Vətən savaşı yeni kadrların əhəmiyyətini ortaya qoymaqla yanaşı, yarıtmaz kadrların da üzə çıxmasına imkan yaratdı. Ən çox problemləri isə cəmiyyətdə milli mənsubiyyəti şübhəli olan kadrlar tərəfindən törədildi. Bu baxımdan milli mənsubiyyəti şübhəli olan kadrlardan imtina edilməsi prosesi gedir. Fikir versək son illər Prezident İlham Əliyevin kadr siyasətində bu amil diqqəti daha çox çəkir. Düzdür, bu siyasətə qarşı ciddi müqavimət və təxribatlar baş verir. Amma dövlət, ölkə və millət naminə bu proses başa çatdırılmalıdır. Dövlətin, ölkənin, millətin kritik dönəmində milli mənsubiyyəti şübhəli olan kadrların fəailiyyəti də şübhəli olur. Ona görə Prezidentin başladığı milli kadr siyasəti davam etməlidir.

Paşinyanın “demokrat” libası

Paşinyan bütün parametrlərinə görə prezident İlham Əliyevlə müqayisə olunası səviyyədə deyil. İlham Əliyev liderlik keyfiyyətini və idarə etmə təcrübəsini hansısa Avropa fondlarında 2-3 aylıq seminarlarda öyrənməyib. O, 40 illik Heydər Əliyev məktəbinin çətin və şərəfli bir dərs proqramını mənimsəmiş liderdir. Qrant alıb, küçə iğtişaşları təşkil edən, mitinqlər keçirən, toplumu yalnış istiqamətə yönəldərək nəticə əldə edib himayədarlarına hesabat verən Paşinyanın dövlət adamı kimi mətbuatımızda və cəmiyyətdə təqdim olunması məncə yalnışdır. Paşinyanın zatı onun mənsub olduğu ailəsindən bəlli.

Faşizmə satqınlıq və xidmət edən bir kökdən gəldiyini Paşinyan hamıdan yaxşı bilir. Ona görə prezident İlham Əliyevlə görüşlərdə gözə dik baxmaq kimi bir cəsarətə sahib deyil. Populist çıxışları, şər atmaq kimi istedadı isə ona fondların təlimlərində öyrədiblər. Çox təəssüf ki, bu intelekdə və səviyyədə olan bir adamı lider edib müqayisə obyektinə çevirmişik. Mən Paşinyanı zəif, üstünə səsini qaldıranda susub geri çəkilən, arxasına baxanda Soros fondunun təlimatçılarını görüb xoruzlanan birisi kimi təsəvvür edirəm.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

6.3.5. istiqamət üzrə:Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Şöhrət El-Dəniz

visiontv.az