İbrahimlə Aydanın toy tarixi bəlli oldu
15.07.2021

Aktyor İbrahim Çingizlə aktrisa Aydan Axundzadənin toy tarixi bəlli olub.

Visiontv.az xəbər verir ki, cütlük avqustun 6-da təmtəraqlı məclis edəcək. Aydan və İbrahim bundan əvvəl pandemiyaya görə toyunu təxirə salmışdı.

Məşhur cütlük özəl gününə sənət adamlarını da dəvət edib.

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Uzun müddətdir sevgili olan Aydan və İbrahim bu ilin yanvarında nişanlanıb.

Axşam.az