İbrahim Kalın şəhid müəllimlərin xatirəsinə mahnı oxuyub
Videonu Aç
İbrahim Kalın şəhid müəllimlərin xatirəsinə mahnı oxuyub
24.11.2022 MEDİA Tərəfindən

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın musiqi müəllimi Aybüke Yalçın və 5 il əvvəl PKK terrorçularının hücumu nəticəsində Batmanda şəhid olan bütün şəhidlərin xatirəsinə “Mağusa Limanı” mahnısını ifa edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kalının 24 Noyabr Müəllimlər Günü münasibəti ilə oxuduğu mahnının klipinin əvvəlində şəhid musiqi müəllimi Yalçının “Mağusa  Limanı” xalq mahnısını oxuduğu görüntülər və fotolar yer alıb.

Prezidentin sözçüsü Kalın "Aybüke müəllimin musiqiçi yoldaşları ilə birlikdə oxuduğu `Mağusa Limanı` xalq mahnısı onun simasında bütün şəhidlərimizin ağısına çevrildi" deyə bildirib. 

İlahə Əliyeva