Hiyləgər adam təzə səsvermə üsulu tapıb...
Hiyləgər adam təzə səsvermə üsulu tapıb...
18.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Putinin fərqli formada səs verəcəyi bildirilir...

Bəs, "fərqli forma" deyərkən, əcəba, nəyi nəzərdə tuturlar?

Bildiyiniz kimi artıq bu gün (sentyabrın 17-də) Rusiyada parlament seçkilərinə start verilib və bu seçkilər 3 gün davam edəcək. Rusiya prezidenti Vladimir Putin əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə Dövlət Dumasına keçirilən seçkilərdə bu fotoşəkildə olduğu kimi ənənəvi qaydada deyil, onlayn formatda səs verəcək.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Elə həmin Peskovun məlumatına görə, guya Putin bu addımı Kremldə gündəlik ünsiyyətdə olduğu bəzi məmurların koronavirusa yoluxması səbəbindən özünütəcrid rejiminə keçmək məcburiyyətində qaldığına görə atır. Özü də söhbət bir-iki məmurdan yox, guya eyni vaxtda çoxlu sayda məmurların kovidə yoluxmasından gedir. Amma bütün bunlar ağ yalandır. 

Hiyləgər Putinin seçki ərəfəsində qaçıb gizli bunkerə sığınması da əslində onun növbəti taktikalarından biridir. Adam bu yolla həm 19 sentyabr seçkilərinin yarada biləcəyi əlavə gərginliklərdən canını qurtarmış olur, həm də prosesləri kənardan daha yaxşı izləmək və adekvat qərarlar qəbul etmək imkanı əldə edir. 

P.S.
Başqa sözlə desək, Putin hazırda bunkerdə oturub qrossmeyestrlik edir...

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az