Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
19.04.2021

Hindistanda ötən sutka ərzində koronavirusa 273 810 yoluxma halı qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 061 919 nəfərə çatıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 1 619 nəfər ölüb, ölənlərin ümumi sayı 178 769 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 12 953 821 nəfəri sağalıb, hazırda 1 929 329 nəfərin müalicəsi davam etdirilir.

Trend