Hesab edirik ki, Ermənistanda formalaşacaq yeni hökumət düşdükləri böhranın real nəticələrini düzgün qiymətləndirəcək
21.06.2021

Ermənistanda dərin siyasi böhran yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq orada növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün başa düşəcək və düzgün nəticələr çıxaracaq.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyantların şərtlərinin yerinə yetirilməsi üçün geniş iş görülsə də, bu sahədə bəzi ləngimələr müşahidə olunub: “Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi”.
“Bir çoxları Ermənistanda bu siyasi böhranın əsas səbəbini Ermənistanın 44 günlük Vətən müharibəsi nəticəsində aldığı ağır məğlubiyyətdə görürlər. Belə bir siyasi böhranın səbəbi Ermənistanın uzun illər ərazində beynəlxalq hüququ pozaraq 20-ci əsrin sonda və 21-ci ərsdə dövlətlərin beynəlxalq sərhədlərinin güc yolu ilə dəyişdirməsi cəhdi, qonşu ölkəyə qarşı həyata keçirdiyi təcavüz olub”, - nazir vurğulayıb.

visiontv.az