Hər gün soğanla nəfəs alın - Qocaman həkimindən TÖVSİYƏLƏR
25.01.2022

Rusiyada Çernoqorsk şəhərindəki poliklinikalardan birinin terapevti Nikolay Krapiva xəstələrə soğanla nəfəs almağı, daha çox gül kələm və yerkökü yeməyi tövsiyə edib.

53 illik təcrübəyə malik həkimdən qeyri-adi məsləhətlərinə görə hətta izahat da tələb olunub. Lakin xəstələri ondan razıdır.

Visiontv.az xəbər verir ki, sosial şəbəkələrdə terapevtin reseptləri, qeyri-standart tibb müalicə üsulları maraq doğurub.

Onun tövsiyələrindən biri COVID-19-a qarşı “ölü su” ilə müalicə olunmaq və yeddi gün yuyunmamaq təklifidir.

Həkimin xəstələrinə yazdığı reseptlərdə müxtəlif əldə hazırlanma dərmanlar və pəhriz qaydaları, boranı, gül kələm və yerkökü yeməkləri, qarağat yarpaqları dəmləməsi və s tövsiyələr var.

Terapevtin bir xəstəsi həkimin ona 38,5 dərəcə temperaturda qızdırmanı maqnit terapiyası ilə müalicə etməyi məsləhət gördüyünü deyib.

Digər pasient xəstəliyi zamanı həkimin ona soğan inhalyasiyası təyin etdiyini bildirib.

Başqa bir xəstə bildirib ki, irinli tonzillitin müalicəsi üçün N.Krapiva ona soğanı bankada doğrayıb bütün günü nəfəs almağı tövsiyə edib.