Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin
05.03.2023

Ölümlə nəticələnən xəstəlik içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına əsasən, təkcə yanvar ayı ərzində qeydə alınan ölüm hallarının 50 faizindən çoxu ürək və qan-damar xəstəliklərinin payına düşür.

Visiontv.az xəbər verir ki, mütəxəssislər bu xəstəliklərin son dövrdə gəncləşməsini bildirirlər.

Həkim kardioloq Günay Məmmədova "ARB Xəbər"ə bildirib ki, vaxtında aşkarlanması bu xəstəliyin proqressivləşməsinin qarşısını alır. Əvəllər bu xəstəliyə 40-60 yaş arasında rast gəlinirdisə, indi 20 yaşdan yuxarı gənclər də ürək və qan-damar xəstəliklərindən əziyyət çəkirlər.

BAKU.WS