Həkimdən xanımlara XƏBƏRDARLIQ: “Maska taxanda “tonal” kremlər istifadə etməyin” - VİDEO
Videonu Aç
19.04.2021

“Koronavirusla əlaqədar maska istifadə edən şəxslər üzlərini sabunla deyil, antiseptik maddələrlə təmizləsinlər”. Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov deyib.​

 

 

Rəngli maska taxmağın üz dərisi üçün məsləhət olmadığını bildirən həkim qeyd edib ki, təmiz pambıqdan hazırlanan maskalardan istifadə etmək daha təhlükəsizdir.​

Həmçinin Ş.Zeynalov maska taxan xanımlara “tonal” (örtücü) kremdən istifadə etməməyi tövsiyə edib:

“Xanımların maska taxan zaman “tonal” (örtücü) kremlərdən istifadə etməsi məsləhət deyil. Çünki bu kremlər, xüsusilə də tünd “tonal” (örtücü) kremlər dəri məsafələrini qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır”.