Heç kim bizim münasibətlərimizə mane ola bilməz - İsrail səfiri
Videonu Aç
26.10.2021

“Biz Azərbaycanla dostluğu dəyərləndiririk”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrailin hər tərəfindən müxtəlif texnologiyaların təmsil olunduğunu bildirən diplomat bunu İsrail və Azərbaycan arasında dostluq və inkişaf edən münasibətlərin simvolu adlandırıb.

"Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox işbirliyi görəcəyimə ümid edirəm", - deyə səfir Corc Dik deyib.