Haylara hərbi xuntanın yırtıcılarındansa Paşinyan daha çox əl verir - deputat Sahib Alıyev
Haylara hərbi xuntanın yırtıcılarındansa Paşinyan daha çox əl verir - deputat Sahib Alıyev
02.03.2021 Sahib Alıyev Tərəfindən

Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqə gələnlərin sayı onun rəqiblərinin oxşar aksiyalarına qoşulanlardan bir neçə dəfə çox idi. Xatırladaq ki, həmən o rəqibləri Paşinyana "təslim edilmiş" deyirlər. Paşinyan da Serj Sərkisyanın timsalında onları "rədd olunmuşlar" adlandırır.

Demək, həm keçirilən mitinqlər, həm də “Gellap İnternasional”ın xəttiylə bu yaxınlarda Ermənisianda aparılan sorğunun nəticəsi göstərir ki,  orada "təslim edilmiş"ə güvən "rədd olunmuşlar"dan qat-qat çoxdur.

Bu dolayısı ilə bilirsiniz nə deməkdir. İlk növbədə o deməkdir ki, haylar indi Qarabağın kimdə olması yox, necə dolanacaqlarının hayındadırlar və düşünürlər ki, bu baxımdan hərbi xuntanın yırtıcılarındansa Paşinyan onlara daha çox əl verir. İkincisi,  kim də bilməsə, Ermənsitandakı toplum birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının işğalında "rədd olunmuşlar"ın elə də böyük rol oynamadıqlarını, onlar öz adlarına çıxsalar da,  burada ən böyük "xidmət"i 366-cı alayın, Pskovdan gətirilən desantçıların və Paşa Mersedesin göstərdiyini yaxşı bilirlər. Yəni söhbət sərkərdəlikdən gedirsə, haylar Köçəryan-Sərkisyan cütlüyüyün Paşinyandan elə də fərqlənmədiklərinin yaxşı fərqindədirlər.

Visiontv.az