Hadrutda 2 erməni hərbçinin qalıqları tapılıb
14.10.2021

İşğaldan azad olunmuş Hadrut qəsəbəsində daha 2 erməni hərbçinin qalıqları aşkar olunub. Bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1683 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Visiontv.az