Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələyə aydınlıq gətirdi
03.05.2022

"Dinimizdə Ayın görünməsi şərt hesab olunur: Bayram Ayın görünməsi ilə məlum olur".

Visiontv.az xəbər verir ki, bu sözləri AZTV-yə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib:

"Quranda da qeyd olunur ki, sizlərdən kim Ayı gördüsə, oruc tutsun. Yəni Ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud da orucumuzu açıb, bayramı qeyd edirik. Bu, dinimizin qaydalarıdır. Bu məsələlər hazırda elmi görüşlər və dini baxışlarla birgə tənzimlənir".

BAKU.WS