Ərdəbil şəhərindən olan qadın ağırlıq qaldıran Məhsa Beheşti beynəlxalq yarışda qızıl medal qazanıb.
Bununla bağlı idman mediası məlumat yyaıb.
Məlumata görə, Səudiyyə ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Oyunlarında qadınlar arasında 86 kiloqram çəki dərəcəsində təmsil olunan ərdəbili ağırlıqqaldıranı Məhsa Beheşti təkanla qaldırma hərəkətində 134 kiloqram ağırlığı qaldıraraq qızıl birinci yeri tutub.
Yarışda Özbəkistan, Misir, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Kamerun və Uqanda təmsilçiləri iştirak ediblər.
Yekun ümumi hesabda isə Misir və Özbəkistan komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutublar.
visiontv.az