Gülüstan Sarayı yaxınlığında yanğın - Video
Videonu Aç
18.06.2021

Bakıda axşam saatlarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.