"Gücün hansı tərəfdə olmasının əhəmiyyəti yoxdur; önəmli olan hansı tərəfin haqlı olmasıdır..."
"Gücün hansı tərəfdə olmasının əhəmiyyəti yoxdur; önəmli olan hansı tərəfin haqlı olmasıdır..."
08.05.2023 MEDİA Tərəfindən

Hüquq və vəzifələrini bilmək hər bir insanın avantajıdır. Bunun üçün də yaşadığımız informasiya bolluğunun olduğu bu dövrdə xüsusilə hüquqi biliklərə daha çox ehtiyac var. Xüsusən də ölkəmizdə hakim – vəkil mövzusu və Məhkəmələrlə bağlı məsələlər aktualdır. Bununla bağlı 3 aprel 2019-cu il tarixdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" imzalanıb.

Sözügedən mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil, hüquqşünas Gülnarə Xudabaxışovanın Visiontv.az saytına müsahibəsini sizə təqdim edirik:

Bir hüquqşüns kimi Azərbaycanda vəkil-hakim münasibətlərini necə xaraktetizə edirsiniz?

Hal – hazırda Azərbaycanda vəkillik fəaliyyəti ötən illərə nisbətən daha yaxşı inkişaf edir. Beləki, əvvəllər məhkəmə istər polis istərsə də digər dövlət orqanlarında sadəcə prosessual tələbin yerinə yetirilməsində formal olaraq işlərdə vəkilin iştirakı təmin edilirdi. Nisbətən kobud səslənsə də deməliyəm ki, bir çox vəkillər həmin orqanların işçilərin dediklərini icra edirdilər. Təbii ki, bunu bütün vəkillərə də şamil etmək olmaz. Lakin hazırki dövrdə vəkil öz sözünü bütün təşkilatlarda, məhkəmələrdə bir sözlə hər yerdə deyə bilir. Lakin bu iqstiqamətdə inkişaf gedir.  Vəkil – hakim münasibətlərinə gəldikdə isə qeyd etməliyəm ki, bu sahədə də inkişaf davam etdirilməlidir. Bu zaman xüsusən də cinayət işləri üzrə vəkil – hakim münasibətləri diqqət mərkəzində saxlanılmalıdır. Əgər mülki işlərdə vəkil çətinliklə də olsa qanunun tələbin həyata keçirilməsinə nail ola bilirsə lakin cinayət işlərinə bunu şamil etmək mümkün deyil. Amma bunu cinayət işləri barəsində demək olmaz. Cinyat işlərində bəzən elə hal olur ki, hakim öz bitərəf mövqeyin qorumaq əvəzinə vəkilin verdiyi əsaslı vəsatəti əsassız olar rədd edir. İşə hakim mövqeyindən deyil sanki ittihamı müdafiə edən şəxs mövqeyindən baxmaqla çıxış edir. Bu səbəbdən də hesab edirəm ki, vəkil – hakim münaisbətləri cinayət işləri üzrə daha da püxtələşdirilməlidir. Və bu sahədə hələ bir çox işlər görülməlidir.

Bəzi hallarda vətəndaşlar müstəntiqlərin işi qərəzli aparmasından şikayətlənir. Belə vəziyyətlərin səbəbini nədə görürsünüz?

Bu halı bütün işlərə şamil etmək mümkün olmasa da belə qərəzli münasibətlər təəssüf ki, mövcuddur. Vəkil bəzən müstəntiqin hərəkət və ya hərəkətsizliyindən şikayətçi olduğu halda məhkəmə vəkilin haqlı tələbini deyil, prokurorluğun dediyini yetirir. Bu sahə üzrə də hesab edirəm ki, hələ xeyli işlər görülməlidir.  İstintaq orqanı və ya vəkil prosessual tərəfdir. Qanunda birmənalı olaraq göstərilib ki, əgər təqsirləndirilən şəxsin təqsirini sübt edən hal şübhə altındadırsa və digər sübutlar yoxdursa bu artıq təqsirləndirilən şəxsin xeyrinə olmalıdır. Amma əfsuslar olsun ki, bu qayda ən problemli məsələlərdən biridir. 

Demək olar ki, icra məmurlarının fəaliyyətsizliyi həmişə müzakirə mövzusuna çevrilir. Bu sahədə problem nədədir?

Bu sahədəki problemlərin əsas səbəbi icra məmurlarının bir çox hallarda savadsızlığından və daha çox maddi mənafe güdmələrindən qaynaqlandığını hesab edirəm.  Təbii ki, bunu bütün icraçılara aid etmək olmaz. Onların da arasında savadlı mütəxxisslər var. İcra məmurlarından da edilən şikayətlər də effektsiz olur. Ölkəmizdə bu sahədə də ciddi problemlər hələ də davam etməkdədir.

Təcrübənizə əsaslanaraq hüquq məsələləri ilə bağlı  cəmiyyətə ünvanlamaq istədiyiniz bir mesaj varmı?

Təcrübəmə əsaslanaraq hüquqi məsələlərlə bağlı cəmiyyətə ünvanlamaq istədiyim mesaj odur ki, həmvətənlərimiz hüquqla bağlı bütün məsələlərdə mütləq vəkilə müraciət etsinlər. Çünki, bu sizin gələcəkdə istər maddi istərsə də mənəvi ziyan dəyməsinin qarşını alır. Bəzi  hallarda iş elə həddə çata bilər ki, sonra vəkilin də heç bir köməyi dəyə bilməz. Hüquq sahəsində də digər sahələrdə olduğu kimi öz incəlikləri mövcuddur. Elə incəliklər var ki, onu yalnız və yalnız hüquqşünaslar başa düşür. Sıravi insanlar isə bunları bilmədiyi üçün ya bununla maraqlanmır ya da vaxtında istifadə etmir. Bu da sonda acınacaqlı vəziyyətə gətirib çıxarır. Bunun qarşını almaq üçün mütləq şəkildə peşəkar vəkillərə müraciət etmək lazımdır. 

Bünyamin Bünyadzadə
Visiontv.az