Gəncədə gül-çiçəklərin mövsümü əkini başlayıb 
Gəncədə gül-çiçəklərin mövsümü əkini başlayıb 
17.05.2022 MEDİA Tərəfindən

Gəncənin bir sıra ərazilərində Gəncə Şəhər İcra Hakimiyyətinin MKTİB-nin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində yetişdirilən gül - çiçəklərin mövsümü əkini başlayıb. Şəhərin Heydər Əliyev Meydanı, Nizami Gəncəvi, M.K.Atatürk, Ş.İ. Xətai prospektlərində, Xan bağı və bir sıra başqa ərazilərdə mövsümü dekorativ gül-çiçəklər, geran, delfinium, kalendula, ranunkulüs, primula, iliks, xrizantema, tsınerariya və s., çiçəklər əkilib. “Avropa Gənclər Paytaxtı” parkında isə əkinə hazırlıq işləri davam etdirilir.

Qeyd edək ki, MKTİB-nin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində çoxillik və mövsümü bitkilərlə yanaşı sidr, şam, çinar və başqa ağac növləri də yetişdirilir.

Onu da bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin MKTİB-in gülçülük sahəsində yetişdirilən bitkilər artıq Bakı şəhərinə də aparılır, həmçinin Xan çinarlarının tinqləri Qarabağ torpaqlarında əkiləcəyi də planlaşdırılır.

Binnət İamayılov
Visiontv.az