Gənc tibb işçiləri üçün inkişaf təlimləri keçirilib
30.07.2021

Post-pandemiya dövrü üçün gənc tibb işçilərinin inkişaf proqramının ilk təlimləri baş tutub.

Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin, Fransanın "ALİM" Elmi Assosiasiyasının və "International Azerbaijani Ladies Club"ın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Təlimlər Fransanın tibb elmləri doktoru Dr. Sənubər Kərimova və Birləşmiş Ərəb Əmirliklərinin tibb üzrə fəlsəfə doktoru Dr. Sabrin Ali Azim tərəfindən tədris olunmuşdur.

Layihədə Gəncə Tibb Kollecinin Müalicə işi və Tibb bacısı ixtisasında təhsil alan və məzun olmuş 20 gənc iştirak edir.
2 ay müdətində davam edəcək layihə çərçivəsində ümumilikdə 16 təlim təşkil olunacaq.

Təlimər Almaniya, Birləşmir Ərəb Əmirliyi, İtaliya, Fransa, Rusiya, Türkiyə və ABŞ-da yaşayan azərbaycanlı peşəkar həkimlər tərəfindən onlayn formatda tədris ediləcək.

Binnət İsmayılov.